6. Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
 
 
 
 
6.1. BFMQƏ-nin istifadə təlimatı (içlik vərəq) xarici dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
6.2. BFMQƏ-nin istifadə təlimatında onların BFMQƏ olması göstərilməlidir.
6.3. BFMQƏ-nin istifadə təlimatında onun istifadə qaydası, tərkibində göstərilən komponentlərin beynəlxalq adları, aktiv komponentlərin isə miqdarı və istehsalçı tərəfindən tövsiyə edilən sutkalıq doza miqdarı göstərilməlidir.
6.4. BFMQƏ-nin istifadə təlimatında aşağıda göstərilən ifadə və məlumatlar qeyd olunmalıdır:
6.4.1. “Dərman vasitəsi deyildir”;
6.4.2. “Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz”;
6.4.3. “Tövsiyə edilən sutkalıq dozanı keçməyin”;
6.4.4. “BFMQƏ normal qidalanmanı əvəz etmir”;
6.4.5. “Uşaqların əli çatmayan yerdə saxlayın”;
6.4.6. “Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin”.
 
Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “lcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.