“BREYNAVİT” (şərbət, 150 ml)


   “BREYNAVİT” (şərbət, 150 ml) adlı BFMQƏ-nin ilk ekspertizası zamanı tərkibində yeni doğulmuş uşaqlara istehsalçı tərəfindən tövsiyyə olunan Syzigium aromaticum bitkisinin efir yağının olması səbəbindən mənfi rəy almış BFMQƏ siyahısında yer almışdır (BFMQƏ dərman vasitəsi deyil və terapevtik təsir göstərə bilməz). Çünki Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş “Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”-in tələblərinə əsasən şüyüd, razyana, aptek çobanyastığı əsasında hazırlanmış məhsullar istisna olmaqla, digər dərman bitkiləri əsasında hazırlanan qidaya BAƏ 3 yaşa qədər uşaqlar üçün istifadə edilmir.
   Yuxarıda qeyd olunan problemi aradan qaldıraraq, ərizəçı şirkət yenidən müraciət etmiş və müəyyən olunmuşdur ki, ekspertizaya yenidən təqdim olunan BFMQƏ nümunələrinin tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, eləcə də tərkib və istifadə qaydalarında dəyişiklik olunaraq müsbət rəy almışdır.