VERAZOL (şərbət, 100 ml №1)


   “Verazol” (şərbət) adlı BFMQƏ-nin ilk ekspertizası zamanı müəyyən olunmuşdur ki, məhsul bir başa terapevtik təsir göstərir (BFMQƏ dərman vasitəsi deyil və terapevtik təsir göstərməməlidir) və 3 yaşdan yuxarı uşaqlara tövsiyyə olunur. Təqdim olunan normativ sənədə əsasən şüyüd, razyana, aptek çobanyastığı əsasında hazırlanmış məhsullar istisna olmaqla digər dərman bitkiləri əsasında hazırlanan BFMQƏ 3 yaşa qədər istifadə edilmir və 3-14 yaşlı uşaqlar üçün BAƏ komponentləri kimi yalnız farmokopeya bitkilərindən istifadə edilə bilər. Bu səbəbdən həmin məhsul mənfi rəy alan BFMQƏ siyahısında yer almışdır. 
   Yuxarıda göstərilən problemi aradan qaldıraraq ərizəçı şirkət yenidən müraciət etmişdir. Ekspertizaya yenidən təqdim olunan BFMQƏ nümunələrinin istifadə təlimatında (içlik vərəqə) yaş həddi 18 yaş olaraq dəyişdirilmşdir.