Vialor


   “Vialor” (oral məhlul) adlı BFMQƏ-nin ilk ekspertizası zamanı məlum olmuşdur ki, tərkibindəki Salvia officinalis bitkisinin preparatları Avropa Dərmanlar üzrə Agentliyin tövsiyyələrinə görə 18 yaşdan yuxarı uşaqlara tövsiyə olunduğu halda, istehsalçı tərəfindən məhsul uşaqlara 3 yaşdan tövsiyə olunur. Bu səbəbdən həmin məhsul mənfi rəy alan BFMQƏ siyahısında yer almışdır. 
   Yuxarıda qeyd olunan problemi aradan qaldıraraq, ərizəçı şirkət yenidən müraciət etmiş və müəyyən olunmuşdur ki, ekspertizaya yenidən təqdim olunan BFMQƏ nümunələrinin istifadə təlimatında (içlik vərəqə) tövsiyyə olunan 3 yaş həddi 18 yaş ilə dəyişdirilmişdir. Adı göstərilən məhsul respirator xəstəliklərin müalicə və profilaktikası, immun müqaviməti artırmaq üçün tövsiyə olunan, tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək olmayıb, tərkib və istifadə qaydalarına görə BFMQƏ-dir.