SİTOZİN FORTE (tablet No.20)


   “Sitozin Forte tablet No.20” adlı BFMQƏ-nin ilk ekspertizası zamanı tərkibində dərman maddələrinə aid olan Cytidine (100mg) ve Uridine (100mg) maddələri terapevtik effekt göstərən miqdarda aşkarlanmışdır ki, bu səbəbdən mənfi rəy almış BFMQƏ siyahısında yer almışdır (BFMQƏ dərman vasitəsi deyil və terapevtik təsir göstərə bilməz). 
   Yuxarıda qeyd olunan problemi aradan qaldıraraq, ərizəçı şirkət yenidən müraciət etmiş və müəyyən olunmuşdur ki, ekspertizaya yenidən təqdim olunan BFMQƏ nümunələrinin tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır (Cytidine (60mg) ve Uridine (60mg)) profilaktik məqsədlə istifadə oluna bilər.