GABA FORT PLUS (örtüklü tablet, № 60)


   “Gaba Fort Plus” adlı BFMQƏ-nin ilk ekspertizası zamanı müəyyən olunmuşdur ki, tərkibində olan GABA maddəsinin dozası çox yüksəkdir və hətta bəzi dərman vasitələrinin terapevtik dozasını aşır (BFMQƏ dərman vasitəsi deyil və terapevtik təsir göstərməməlidir). Bu göstərişə əsasən məhsul BFMQƏ deyil, dərman vasitəsi olaraq müəyyən edilmişdir və mənfi rəy almış BFMQƏ siyahısında göstərilmişdir. 
   Yuxarıda göstərilən problemi aradan qaldıraraq ərizəçı şirkət yenidən müraciət etmiş və müəyyən olunmuşdur ki, ekspertizaya yenidən təqdim olunan BFMQƏ nümunələrinin tərkibində olan təsiredici maddələrin gündəlik dozası onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və profilaktik məqsədlə istifadə oluna bilər.