Nələri bildirmək lazimdır?


  • Ciddi əlavə təsirlər (ölümə gətirib çıxaran, insan həyatını təhlükə altına qoyan, xəstəxanaya yerləşdirməyə və ya xəstəxanada qalma müddətini uzatmağa vadar edən, uzun müddət ərzində əmək qabiliyyətinin itirilməsinə və ya əlilliyə gətirib çıxaran və ya anadangəlmə inkişaf anomaliyasına və ya qüsura səbəb olan hər hansı mənfi reaksiya)
  • ciddi olmayan əlavə təsirlər
  • gözlənilən əlavə təsirlər (istifadə təlimatında göstərilən)
  • gözlənilməz əlavə təsirlər (istifadə təlimatında göstərilməyən)
  • effektivliyin olmaması barədə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi dərman vasitələri və digər tibbi məhsulların (bitki, ənənəvi və alternativ dərmanlar daxil olmaqla) istifadəsi zamanı görülən bütün şübhəli əlavə təsirlər barədə bildirişlərin göndərilməsini tövsiyə edir. Xüsusilə, xüsusi nəzarətdə olan dərman vasitələrinin istifadəsi zamanı görülən bütün əlavə təsirlər bildirilməlidir.