Saxlanma və markalanma şəraitləri


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01
nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman
vasitələrinin istehsalına, daşınmasına və
saxlanılmasına dair tələblər”nə
1 nömrəli əlavə
 
 
 
 
 
 
 
Saxlanma və markalanma şəraitləri
 
Adi saxlanma şəraitləri
Quru və yaxşı havalandırılan sahələrdə, 15-25oC dərəcədə və ya klimatik şəraitdən asılı olaraq 30oC dərəcəyə qədər saxlanma. Kənar qoxular, hər hansı çirklənmə əlamətləri və intensiv işıq olmamalıdır.
 
Xüsusi saxlanma şəraitləri
Xüsusi saxlanma şəraitləri tələb edən dərman vasitələrinə dair müvafiq saxlanma təlimatları olmalıdır. Əgər hər hansı göstəriş yoxdursa (məs. daima soyuq zəncir saxlanmalı) təyin olunan şəraitdən kənaraçıxmaya yalnız qısa müddətli daşınma zamanı yol verilir.
 
Aşağıda göstərilən saxlanma şəraitlərinə dair markalanmaların istifadəsi tövsiyə olunur:
 
Markalanmada Mənası
+30oC-dən yuxarı temperaturda saxlanmamalı +2oC-dən +30oC-yə qədər temperaturda saxlanmalı
+25oC-dən yuxarı temperaturda saxlanmamalı +2oC-dən +25oC-yə qədər temperaturda saxlanmalı
+15oC-dən yuxarı temperaturda saxlanmamalı +2oC-dən +15oC-yə qədər temperaturda saxlanmalı
+8oC-dən yuxarı temperaturda saxlanmamalı +2oC-dən +8oC-yə qədər temperaturda saxlanmalı
+8oC-dən aşağı temperaturdan saxlanmamalı +8oC-dən +25oC-yə qədər temperaturda saxlanmalı
Rütubətdən qorunmalıdır Nisbi rütubət 60%-dən yuxarı olmamalıdır və xəstəyə
rütubətdən qorunan qablaşdırmada verilməlidir
İşıqdan qorunmalıdır Xəstəyə işıqdan qorunan qablaşdırmada verilməlidir