Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI
 
Q Ə R A R
 
№ 01
 
Bakı şəhəri
11 yanvar 2018-ci il
 
 
Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
 
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.2-ci bəndinin icrası məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndini və 19-cu hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
 
qərara alır:
 
1. “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Dərman vasitələrinin topdansatışına dair tələblər” təsdiq edilsin (2 nömrəli əlavə). 
3. “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Hüquq və daxili nəzarət sektoruna (E.Əzizov) tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli qərarının 1-ci, 2-ci, 3-cü və 5-ci hissələri ləğv edilsin. 
6. Qərarın icrasına nəzarət nazir müavinlərinə həvalə edilsin.
 
 
 
 
Oqtay Şirəliyev
Kollegiyanın sədri,
Nazir
 
 
 
Kollegiyanın məsul katibi vəzifəsini
müvəqqəti icra edən
 
Səbinə Əhmədova