Dərmanaların düzgün saxlanılması qaydaları


   Hər birimizin evində dərman ehtiyatları olan ilk yardım çantası və ya dərmanların saxlanıldığı kiçik dolab olur. Çox vaxt dərmanları evin mətbəxində və hamam otağında saxlayırlar ki, əslində bu sahələrdə dərmanların saxlanılması düzgün deyildir. Çünki temperatur və rütubəti nəzərə alsaq bu sahələrdə otaq temperaturu və otaq şəraiti yoxdur. Ona görə də dərmanları evin başqa sahələrində saxlanılması məqsədəuyğundur.Qonaq və yataq otaqları bu cəhətdən daha təhlükəsiz yerlərdir. Bu sahələr quru, təmiz, gün düşməyən və sərin olmalıdır. Həmçinin dərmanların saxlanıldığı yer  uşaqların əlçatmadığı yer olmalıdır. Ev heyvanlarının da təhlükəsizliyi baxımından həmin yerin onlardan uzaqda olmasının nəzərə alınması vacibdir.
   Adətən evdə xroniki xəstəlikləri müalicə etmək üçün dərmanlar, həmçinin ilk yardım üçün lazım olan vasitələr saxlanılır. Bundan əlavə, yardım çantalarında qızdırma salan və ağrıkəsici dərmanlar, ishal və qusmaya qarşı, mədə-bağırsaq pozğunluqları üçün dərmanlar, həmçinin travmalarda istifadə olunan dərmanlar saxlanılır. Bir çox hallarda biz həkimlərin nə vaxtsa yazdığı, amma istifadə etmədiyimiz dərmanları da saxlayırıq.
   Unutmayın ki, dərman vasitələrinin effektivliyi onların düzgün saxlanmasından asılıdır. Əgər dərmanlar düzgün saxlanmayıbsa, onlar yararlılıq müddəti bitmədən öz yararlılıqlarını ititrirlər. Ən yaxşı halda dərman öz xüsusiyyətlərini itirəcək, ən pis halda isə orqanizmə zərər verə biləcək. Buna görə də dərmanların düzgün saxlanmasına ciddi yanaşmaq lazımdır.
 
Dərmanların düzgün temperaturda saxlanması çox vacibdir.
   Hər bir dərman vasitəsinin üzərində saxlanma şəraiti qeyd olunur. Dərmanların istehsalçıları əhali üçün dərmanların saxlanmasını asanlaşdırmaq üçün temperatur diapazonunu geniş tədbiq edirlər. Əksər dərmanların saxlanılması otaq temperaturunda (15-25°C) nəzərdə tutulur, bəzi hallarda isə bu diapazon daha geniş qoyulur (15-30°C). Bu qrup dərmanları öz qutusunda ağzı bağlı, quru, təmiz, gün düşməyən və sərin şkaflarda saxlamaq lazımdır. Bəzən temperatur yüksək olduqda onları daha sərin yerə keçirtmək lazımdır. Bu dərmanları soyuducuda saxlamaq olmaz. Əksinə bu dərmanlar soyuq şəraitdə saxlandıqda  və ya dondurulduqda öz xüsusiyyətlərini itirirlər.
 
Saxlanması üçün xüsusi temperatur şəraiti tələb olunursa, həmin dərmanları soyuducuda yerləşdirmək mütləqdir.
   Belə ki, dərmanların qablaşdırmasının üzərində və içlik vərəqələrində saxlanılma şəraiti 2-8°C temperatur qeyd olunubsa bu soyuducu şəraiti sayılır və soyuducuda saxlanılması mütləqdir. Əhali tərəfindən istifadə olunan soyuducular məişət soyuducuları olduğundan bu soyuducuların daxilində 2-8°C temperatur olduğuna baxmayaraq zonalardan aslı olaraq temperatur fərqlənir. Bunu nəzərə alaraq belə soyuducularda dərman vasitələrin saxlanılması üçün soyuducunun dondurucu kamerasından ən uzaq məsafədə yerləşən rəflərdən istifadə olunması məqsədə uyğundur. Dərmanları soyuducuya yerləşdirməkdən öncə rütubətdən qoruma məqsədilə onları qutuya və ya polietilen paketlərə qoymaq lazımdır. Nəzərə almaq lazımdır ki, soyuducuda saxlanılan dərmanların donması yol verilməzdi və donma izləri müşahidə olunduqda bu dərman vasitəsi istifadə olunmamalıdır.
 
Birbaşa düşən günəş şüaları bir çox dərmanlar üçün təhlükəlidir.
   Günəş şüaları dərmanın xüsusiyyətlərini dəhşətli dərəcədə dəyişdirə bilər.Adətən istehsalçı özü dərman vasitəsini şəffaf olmayan qablaşdırmada yerləşdirərək  onu qoruyur. Məsələn, dərmanın tünd şüşə və ya işıq keçirməyən plastik qablarda qablaşdırılması ilə qorunmasını təmin edir. Bu cür dərmalar birbaşa gündüşən yerlərdə saxlanmamalıdır. Onlar öz qablaşmalarında ağzıbağlı, qapalı və qaranlıq şkaflarda saxlanmalıdır.
 
Dərmanları rütubətdən qorumaq vacibdir.
   Bir çox dərman vasitələri hiqroskopik olduğundan rütubəti özünə çəkir. Bu halda onlar öz keyfiyyətini itirir. Buna görə dərmanların rütubəti yüksək olan yerlərdə, məsələn hamam, mətbəx və s. bu kimi otaqlarda saxlanması  qadağandır. Mütləq dərmanların saxlandığı yer quru, təmiz və saxlanılma şəraitinə uyğun olmalıdır.
 
Dərmanların hermetik qablaşdırmada saxlanılması vacibdir.
   Çoxunuz şahidsiniz ki, dərmanlar hermetik qablarda satılır, amma bu fakta çox diqqət yetirilmir. Bir çox dərman vasitələri hava ilə təmasda olaraq öz keyfiyyətində mühüm dəyişikliklər keçirir. Qablaşdırma açıldıqdan sonra havanın oksigeni daxil olaraq oksidləşmə proseslərini artırır. Müəyyən müddətdən sonra dərman istifadəyə yararsız olur və hətta insan orqanizmi üçün təhlükəli olur. 
   Bir qrup dərmanlar açıq havada buxarlanmağa başlayır. 
  Dərmanları hermetik bağlı şəkildə yararlılıq müddəti bitənədək saxlamaq mümkündür, lakin açıldıqdan sonra bir-iki həftə müddətində onlar yararsız hala düşür. Dərmanı ilk yardım çantasına yerləşdirməzdən əvvəl bunu aydınlaşdırın və qablaşdırmanın üzərində onun açılma tarixini yazın. 
   Beləliklə,biz belə bir suala gəldik:
 
  • Saxlanma müddəti bitmiş dərmanları nə etməli?
  • Saxlanma müddəti bitmiş dərmanların öz xüsusiyyətlərini itirib əsl zəhərə dönmədiyinə kim zəmanət verə bilər?!
   Buna görə də belə dərmanı dərhal atmaq lazımdır.
  Saxlanma müddəti bitmiş dərmanları nə etməli? Saxlanma müddəti bitmiş dərmanların öz xüsusiyyətlərini itirib əsl zəhərə dönmədiyinə kim zəmanət verə bilər?! Buna görə də belə dərmanı dərhal atmaq lazımdır.
  Dərmanların atılmasının da öz xüsusiyyəti vardır. Dərmanları ayaqyoluna axıtmaq olmaz, çünki onlar oradan təbii su hövzələrinə düşə bilər. Bir çox iri şəhərlərdə çaylarda dərmanların konsentrasiyası normadan artıqdır. Həmçinin dərmanları orijinal qablaşdırmada atmaq olmaz. Dərmanları qutudan çıxarıb kağıza bükmək və zibil vedrəsinə atmaq lazımdır və ya dərman şüşəsinin üzərindən dərmanın adını qopartmaq lazımdır. Uşaqlar və heyvanların onları udmaması üçün həmin dərmanları əvvəlcədən diqqətçəkməyən bir şeylə qarışdırmaq lazımdır.
  İlk yardım çantasında  lazım olan hər şeyin olması üçün sistematik olaraq, orda olanları nəzərdən keçirmək və saxlama müddətinə nəzarət etmək lazımdır. Dərman vasitələrini orijinal qablaşdırmada və təlimatla birlikdə saxlamaq lazımdır. Dərman qəbul etməzdən əvvəl bir daha təlimatı nəzərdən keçirib, hər şeyi düzgün etdiyinizə əmin olun. Əks göstərişlərə və digər dərmanlarla uyğunluğuna xüsusi diqqət yetirin.
  Çantaya daima nəzarət etmək üçün dərmanların siyahısını tutub,hər bir dərmanın saxlanma müddətini orada qeyd etmək olar. Belə siyahılar çantada olan dərmanlar haqqında məlumatı bilməyə kömək edəcək.
  Çantada səliqənin olması vacibdir. Bütün dərmanlar  qapalı qablaşdırmada olmalıdır, heç bir şey xarab olmamalıdır, tökülməməli, axıdılmamalıdır.Ayrıca dərmanların saxlanıldığı yer unudulmamalıdır. Çanta uşaqların əli çatmayan yerdə olmalıdır.Dərmanları dolabda hündür yerdə saxlamağa ehtiyac yoxdur-başgicəllənməsi və ya travması olan insan üçün dərman götürmək çətin ola bilər. Dərmanların saxlandığı dolab kip bağlanılmalıdır.