Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınmasına, saxlanmasına və satışına olan


                                                                                                                           Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
02.10.2006-cı il  tarixli 153 nömrəli əmri ilə 
təsdiq edilmişdir əlavə № 2
 
Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınmasına, saxlanmasına və satışına olan üzrə
 
 TƏLƏBLƏR
 
1. Ümumi müddəalar
1.1. Bu tələblər tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınmasını, saxlanmasını və satışını tənzimləmək məqsədilə hazırlanmışdır.
1.2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınmasını, saxlanmasını və satışını  həyata keçirərkən müvafiq qanunvericilik  aktları ilə  yanaşı  bu tələbləri rəhbər tutmalıdırlar.
1.3. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınması, saxlanması və satışı Səhiyyə Nazirliyinin müvafiq qurumlarının rəyi əsasında həyata keçirilir.
 
2. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının saxlanmasına və satışına olan tələblər
2.1. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının standarta uyğun keyfiyyətinin qorunması, saxlanma və satışı üçün şəraitin yaradılması məqsədilə müvafiq qeyri-yaşayış sahəsi (zirzəmi və yarım zirzəmi istisna olmaqla), köməkçi  avadanlıq və inventar  olmalıdır.
2.2. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının saxlanma və satış yerlərinin 2 giriş qapısı olmalı, yaşayış evinin 1-ci, 2-ci və ya kürsülü mərtəbəsində yerləşdirilibsə, binanın yaşayış hissəsindən ayrı giriş-çıxış qapısı olmalı, yükləmə sakinlərə maneə törətməməlidir.
2.3. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınması, saxlanması və  satışı ilə məşğul olmaq üçün tələb olunan yerin ümumi  sahəsi 120 m2-dən az, o cümlədən saxlanılan yüklərin həcmindən asılı olaraq  əsas anbar sahəsi 30 m2-dən az  olmamalıdır.
2.4. Anbarın (mağazanın) xarici tərtibatına (görünüşünə) olan tələblər:
  • tibbi texnika və tibb ləvazimatları anbarı (mağazası) adını göstərən lövhəsi;
  • ünvanı, iş rejimi;
  • müştəri üçün tərtib edilmiş guşə;
  • ış tibbi texnikaya texniki xidmət göstərən təşkilatın ünvanı  və telefon nömrəsi.satılm
2.5. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatları  dövlət standartına uyğun olaraq kimyəvi-fiziki xassələrinə görə qruplar üzrə ayrı saxlanılır:
  • birdəfəlik istifadə olunan ləvazimatlar;
  • rezin ləvazimatları;
  • polimerdən hazırlanan ləvazimatlar;
  • sarğı materialları;
  • tibb avadanlığı və tibbi texnika;
  • ər.reaktivl
2.6. Polimer materialdan hazırlanan materiallar ventilyasiyası olan qaranlıq otaqda, qızdırıcı cihazlardan 1 m aralıqda saxlanmalıdır.
2.7. Rezindən hazırlanan tibb ləvazimatlarının saxlanma qaydaları:
  • günəş şüaları birbaşa düşməyən yerdə saxlanmalı;
  • otaqda temperatur 0-dan 20ºC-yə qədər olmalı;
  • a axını olmayan yerdə saxlanmalı.hav
2.8. Reaktivlərin saxlanma qaydaları:
  • günəş şüaları birbaşa düşməyən yerdə saxlanmalı;
  • otaqda temperatur 0-dan 20ºC-yə qədər olmalı;
  • hava axını olmayan yerdə saxlanmalı;
  • temperaturun kəskin dəyişilməsinə yol verilməməlidir;
  • usi əczaçılıq soyuducusu olmalıdır.xüs
2.9. Yanğın əleyhinə xüsusi qaydalara riayət olunmalıdır.
2.10. Tibb avadanlığı və tibbi texnika otaq temperaturunda quru şəraitdə saxlanılmalıdır. Temperaturun kəskin dəyişilməsinə yol verilmir.
2.11. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının saxlanılması (anbar) üçün aşağıdakı sahələr olmalıdır:
  • qəbul sahəsi;
  • ekspedisiya sahəsi;
  • taranın saxlanması üçün otaq;
  • satışqabağı xidməti həyata keçirmək üçün otaq;
  • inzibati otaq;
  • məişət otaqları;
  • ləmə-boşaltma platforması.yük
2.12. Mağazada ticarət zalının sahəsi 20 m2-dən az olmamalıdır.
2.13. Anbarda arakəsmə qoymadan ekspedisiya, qəbul, növlərə ayırma, komplektasiya işlərinin görülməsi üçün sahələrin birləşdirilməsinə icazə verilir, lakin iş yerləri arakəsmə ilə bir-birindən ayrılmalıdır.
2.14. Anbar (mağaza) mərkəzləşdirilmiş su təchizatı, kanalizasiya, istilik sistemi, təbii və süni işıqlandırma və kondisionerlə təchiz olunmalıdır.  Anbarın (mağazanın) tavanı, divarları, döşəməsi mexaniki zədələrdən azad olmalı, cari təmizlik aparılması üçün yuyucu vasitələrdən və dezinfeksiyaedici maddələrdən istifadə olunmalıdır.
2.15. Anbar stellajlarla, malın saxlanması üçün rəflərlə, böyük qabaritli yüklərin daşınması üçün arabalarla, eləcə də  mebellə, inventar üçün şkafla, üst və xüsusi geyimlərin saxlanması üçün şkafla təchiz olunmalıdır.
2.16. Tibbi ləvazimatları saxlamaq üçün tələb olunan stellajlar 6-7 m olmaqla, tavandan 0,5 m, döşəmədən 0,25 m məsafədə olmalıdır. Stellajlar arasında məsafə 0,75 m olmalıdır.
 
3. Mütəxəssislərə olan tələblər
3.1. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının saxlanılması və  satışı ilə  bağlı  işlərdə tibbi, əczaçı və texniki təhsilli, eləcə də satılan malların profilindən asılı olaraq əlavə təkmilləşmə keçmiş mütəxəssislərin işləməsinə icazə verilir.
 
4. Bu tələblərin  pozulmasına görə  məsuliyyət
Bu tələbləri pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə  müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.